Ana səhifə
20 Sentyabr 2018

“Real”ın futbolçusu millimizdən danışdı

“Bizim üçün çox vacib, eyni zamanda çətin oyun olacaq. Çünki bundan öncə Bolqarıstanla səfər oyununa çıxmışıq. Şadam ki, həmin görüşdə qələbə qazanmağı bacardıq”. 
 

 

“Ucnoqtaşaz” fanat.az-a istinadən xəbər verir ki, bu sözləri sabah millimizi qəbul edəcək Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç deyib.

Bu gün keçirilən mətbuat konfransına qatılan “Real”ın futbolçusu zədəsi ilə bağlı danışıb: 

“Zədəmlə bağlı problem yoxdu. Ayağımda ağrılar olsa da, özümü yaxşı hiss edirəm. Meydana çıxmağa çalışacam”. 

Modriç millimizin yaxşı müdafiə cəttinə sahib olduğunu bildirib:

“Azərbaycan yığmasının yaxşı müdafiə xətti var. Əks-hücumlarda yaxşı oynayırlar. Mümkün qədər tez qol vurmalıyıq. Onda işimiz daha asan olar. Azərbaycan üzərində qələbə bizə 3 oyundan 9 xalla ayrılmağa imkan verəcək. Fikrimcə, bu, çox yaxşı nəticə olar”.

 

Tarix
12 Oktyabr 2014 [22:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin