Azərbaycan XİN Ukrayna xalqına başsağlığı verib

14:46 - 8 Dekabr 2019 - Xəbər

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ukraynanın Odessa şəhərindəki kollecdə baş verən güclü yanğın zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verib.

“Report”un məlumatına görə, bu barədə XİN-in “Twitter” səhifəsində bildirilir. “Dekabrın 5-də Odessa şəhər kollecində baş verən yanğınla əlaqədar Ukraynada milli matəm günü elan olunub. Biz yanğında həyatını itirənlərin ailələrinə və Ukrayna xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”, - deyə başsağlığında qeyd edilir.

Qeyd edək ki, Odessa şəhərində kollec binasında baş verən yanğın zamanı 10 nəfər ölüb. Hadisə zamanı ümumilikdə 30 nəfər xəsarət alıb. Onlardan 10-u xəstəxanadadır.

Xəbər xətti