Yevda Abramov dəfn edilib -Foto

13:59 - 8 Dekabr 2019 - Xəbər

Qubada mərhum deputat Yevda Abramovun dəfn mərasimi başa çatıb.

Mərhum Qırmızı qəsəbə ərazisində yerləşən dağ yəhudilərinin dəfn edildiyi qəbirstanlıqda torpağa tapşırılıb. Milli Məclisin İnsan hüquqları komitəsinin sabiq sədr müavini dekabrın 6-da müalicə olunduğu Mərkəzi Klinik Xəstəxanada 71 yaşında dünyasını dəyişib.

Milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub./trend


Xəbər xətti