Bakıda mənzildən qadın meyiti tapıldı

20:30 - 7 Dekabr 2019 - HADİSƏ

Bakının Xətai rayonunda mənzildən 61 yaşlı qadının meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Nazirliyin  "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Verxonostseva Svetlana Borisovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti