Xətaidə su olmayacaq

12:56 - 7 Dekabr 2019 - Xəbər

Bakı şəhəri Xətai rayonu ərazisində bu gün ərzində su məhdudiyyətlə veriləcək.

“Azərsu” ASC-dən verilən məlumata görə, magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Xəbər xətti