Kəmalə Qaramollayeva: “Mahnını fərqli bir üslubda ifa etdim”

13:44 - 6 Dekabr 2019 - MAQAZİN

Müğənni Kəmalə Qaramollayeva Mətanət İsgəndərlinin "Sən ol həmdəmim” adlı mahnısını ifa edərək ona klip çəkdirib.

Ucnoqta.az xəbər verir ki, müğənniləri və jurnalistləri başına toplayaraq klipin təqdimatını keçirən ifaçı mahnı haqqında ağızdolusu danışıb: "El məclislərinin birində Asif müəllimlə təsadüfi görüşdük və mən ondan bu mahnını ifa etmək üçün icazə aldım. Çox sağolsun, razılıq verdi. Mətanət xanımdan sonra bu mahnını mən fərqli bir üslubda ifa etdim. Şərq və Qərb ifa tərzlərini sintez edərək ortaya möhtəşəm bir iş qoydum".

Qeyd edək ki, "Sən ol həmdəmim" adlı mahnının musiqisi və sözləri Asif Kərimova məxsusdur.

Rövşən Tahir

Xəbər xətti