6-cı dəfə “Qızıl top” qazanan Messi səsvermənin nəticələrindən narazıdır

Karyerasında 6-cı dəfə “Qızıl top” qazanan “Barselona”nın argentinalı ulduzu Lionel Messi səsvermənin nəticələrindən narazı qalıb.

Cənubi amerikalı “Liverpul”un futbolçusu Sadio Manenin 4-cü yer tutmasını ədalətli hesab etmir. L.Messi seneqallını daha yüksək yerlərə layiq görür: “Maneni “Qızıl top”un səsverməsində yalnız 4-cü yerdə görmək utandırıcıdır. Hesab edirəm ki, bu il mükafata layiq iddiaçılar çox idi. Buna görə də kimisə fərqləndirmək çətindir. Lakin mən məhz Maneni qeyd etdim. Çünki futbolçu kimi xoşuma gəlir”.

Qeyd edək ki, səsvermədə L.Messidən sonrakı yerləri niderlandlı Vircil van Deyk və portuqaliyalı Kriştianu Ronaldo tutublar./apasport

Tarix
5 Dekabr 2019 [15:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-12-05 15:01:31
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin