Kürdəmirdə ağır qəza: Ölən var

14:22 - 5 Dekabr 2019 - Xəbər

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə royonun Sığırlı kəndi ərazisində, yolun 167,9-cu km-də qeydə alınıb. Mingəçevir şəhər sakini, 2000-ci il təvəllüdlü Cabbarlı Ayxan Cəbi oğlunun idarə etdiyi “Ford Transit” markalı yük avtomobili Qaradağ rayon sakini 1974-cü il təvəllüdlü Şahverdiyev Bəxtiyar Əliosman oğlunun idarə etdiyi “Kamaz 55102” markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Qəza zamanı A.Cabbarlı və onun sərnişini Mingəçevir sakini 1990-cı il təvəllüdlü İsmayılova Könül Faiq qızı xəsarət alıb, digər sərnişin Mingəçevir şəhər sakini 1989-cu il təvəllüdlü Şıxıyev Rəşad Əlivan oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır./trend

Xəbər xətti