Mənzil İnşaat Dövlət Agentliyində yeni Təyinat

14:19 - 5 Dekabr 2019 - Xəbər

Mənzil İnşaat Dövlət Agentliyində (MİDA) aparat rəhbəri vəzifəsinə təyinat olub. 

Qurumdan "Report"a verilən məlumata görə, bu vəzifə Fərman Vahid oğlu Qurbanlıya həvalə edilib. O, indiyə qədər MİDA-nın Beynəlxalq Əlaqələr və Strateji Planlaşdırma şöbəsinin müdiri vəzifəsini tutub, Agentlikdən əvvəl isə “Bank BTB”, “PAŞA Bank” və "Yelo Bank" ASC-lərdə müxtəlif vəzifələrdə çalışıb.

F.Qurbanlı İngiltərədə Lankaster Universitetində Pul, Bankçılıq və Maliyyə üzrə magistr dərəcəsi alıb.

Xəbər xətti