Belarus prezidenti: "Biz heç bir dövlətin tərkibinə daxil olmağa hazırlaşmırıq"

13:35 - 5 Dekabr 2019 - DÜNYA

“Biz heç vaxt başqa bir dövlətin, hətta qardaş Rusiyanın tərkibinə daxil olmağa hazırlaşmamışıq və hazırlaşmırıq”.

“Report” “BelTA”ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko dekabrın 5-də ölkə parlamentinə müraciətində bildirib.
Onun sözlərinə görə, Belarus hakimiyyəti ölkənin müstəqilliyi və suverenliyini təhvil verməyə hazırlaşmır. 

Xəbər xətti