Balakənddə qanunsuz olaraq at əti satan şəxs saxlanılıb

10:48 - 5 Dekabr 2019 - HADİSƏ

Balakən rayonunda mənşəyi məlum olmayan heyvan ətinin satışı ilə məşğul olan şəxs saxlanılıb.

Məlumata görə, Balakən Rayon Polis Şöbəsinə rayonun Sarıbulaq kənd sakini, 49 yaşlı Şahin Dibirovun şəhər ərazisindəki yaşadığı evdə mənşəyi məlum olmayan heyvan ətinin satışı ilə məşğul olması barədə məlumat daxil olub.

Polis əməkdaşları və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə həmin ünvana baxış keçirilən zaman çəkisi 35 kiloqram olan dərisi soyulmuş halda 1 dəst at cəmdəyinin qalıqları aşkar edilib. Ətdən nümunələr götürülərək ekspertizaya təqdim edilib.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır./report

 

Xəbər xətti