Dəm qazı daha bir tələbənin canını aldı

10:14 - 5 Dekabr 2019 - HADİSƏ

Bakıda daha bir tələbə dəm qazından boğulub.

Hadisə dekabrın 4-də baş verib.

Ağsu rayon sakini, 1998-ci il təvəllüdlü Dadaşov Nurlan Akif oğlu Bakıda kirayə yaşadığı evin hamam otağında dəm qazından boğulub.
N.Dadaşovun meyiti otaq yoldaşları tərəfindən aşkar edilib.

Məlumata görə, N.Dadaşov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 4-cü kurs tələbəsidir./trend

Xəbər xətti