Rusiyada yaşayış binası çökdü - 1 ölü, 6 yaralı- Foto

11:43 - 4 Dekabr 2019 - HADİSƏ

Rusiyanın Belqorod şəhərinin Yakovlevo kəndində yaşayış binalarından biri çöküb.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, ötən gün axşam saatlarında qaz partlayışı səbəbindən 4 mərtəbəli binanın divarının çökməsi nəticəsində 6 nəfər xəsarət alıb. Dağıntılar altından bir kişinin meyiti çıxarılıb.
Digər sakinlər təxliyə edilib. Qəza yerində xilasedicilər işləyir.

Belqorod şəhərinin qubernatoru Yevgeni Savçenko bütün zərər görən vətəndaşlara 30 min rubl təzminat ödəniləcəyini bildirib.
Onun sözlərinə görə, binanın yerində yenisi tikilməlidir. Son qərar mütəxəssislər tərəfindən veriləcək.


Xəbər xətti