Şabranda maskalı şəxslər qadının evinə silahlı basqın etdi

10:20 - 4 Dekabr 2019 - HADİSƏ

Şabran rayonunda qadının evinə basqın edilib.

Hadisə Şabran rayonu, "3 sotlar" yaşayış massivində baş verib.

25-30 yaşlarında 2 nəfər naməlum şəxs maskalı vəziyyətdə həmin massivdə yaşayan Gülməmmədova Jalə Saleh qızının evinə basqın edərək ona zor tətbiq edib, bıçaqla hədələyərək 50 manat pulunu alıb hadisə yerindən qaçıblar.

Faktla bağlı Şabrab rayon polis şöbəsində cinayət işi başlanıb./trend

Xəbər xətti