Bakıda zəncirvari qəza tıxac yaratdı - Foto

09:42 - 4 Dekabr 2019 - HADİSƏ

Bakıda zəncirvari yol qəzası baş verib.

Hadisə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

Zığ şosesindən Nobel prospektində hərəkətdə olan "VAZ 2107" markalı avtomobil idarəetməni itirərək eyni istiqamətdə hərəkətdə olan "BMW" markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində eyni istiqamətdə hərəkətdə olan "Hyundai" markalı avtomobil də idarəetməni itirərək həmin maşınlarla toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib və yolda tıxac yaranıb.

Hazırda yolda avtomobillərin hərəkətini təmin etmək üçün əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub./trend


Xəbər xətti