Salyanda avtomobil piyadanı vuraraq öldürüb

21:50 - 3 Dekabr 2019 - HADİSƏ

Salyan rayonunun Xıdırlı kəndində piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi qeydə alınıb.  Xıdırlı kənd sakini, 1986-cı il təvəllüdlü Sadıq Seyidağa oğlu Mustafayev yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub.  O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hazırda hadisə yerindən qaçan sürücü axtarılır. Faktla bağlı araşdırma aparılır. /Apa

Xəbər xətti