Tikinti materialları şirkəti 12 min dollar cərimə edilib

13:00 - 3 Dekabr 2019 - HADİSƏ

Sumqayıt Apellyasiya Məhkəməsində “Xaçmaz Tikinti Materialları” MMC-nin cərimə edilməsi barədə qərardan verilən şikayətə baxılıb.

 Xaçmaz Rayon Məhkəməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının yazdığı protokola əsasən, şirkəti 12076 ABŞ dolları cərimə edilib.

“Xaçmaz Tikinti Materialları” İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi qərarı ilə ilə təqsirli bilinib.

Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Ruhiyyə Əsgərova qərardan verilən şikayətin təmin edilməməsi barədə qərar çıxarıb./report

 

Xəbər xətti