Göyçay sakinindən külli miqdarda narkotik vasitə götürülüb

11:59 - 3 Dekabr 2019 - HADİSƏ

Göyçay rayon sakinindən külli miqdarda narkotik vasitə götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay rayon sakini R.Zeynalovun Bakı şəhəri Yeni Yasamal yaşayış sahəsindəki mənzilindən 132 qramdan artıq heroin, 330 qramdan artıq metamfetamin və 78 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti