Masallıda zəncirvari yol qəzası olub, 4 avtomobilə ziyan dəyib - Video

10:48 - 3 Dekabr 2019 - HADİSƏ

Masallı rayonunda zəncirvari yol qəzası baş verib.

Hadisə dekabrın 2-də gecə saatlarında rayonun mərkəzində qeydə alınıb.
Belə ki, “Toyota Prado” markalı minik avtomobili hərəkətdə olan zaman idarəetmədən çıxıb və yolun kənarında olan digər maşınlara çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb və ümumilikdə 4 avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır./report

 

Xəbər xətti