Bakıda Türkiyə vətəndaşları yatdığı yerdə qarət edildi

10:35 - 3 Dekabr 2019 - HADİSƏ

Bakıda Türkiyə vətəndaşları qarət olunub.

Hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib.

Türkiyə vətəndaşı, 1968-ci il təvəllüdlü Deveçi Kadrı Nechat oğlu gecə saat 01:30 radələrində idarə etdiyi "DUUF" markalı HR037 nömrə nişanlı yük avtomobilini Səbail rayonu 32 ünvanındakı dayanacaqda saxlayaraq dostu Yaşar Akdenizlə avtomobildə yatıb.
Səhər saatlarında yuxudan oyanan dostlar özlərinə məxsus "Samsung A 20" və "Samsung S 6" markalı mobil telefonlarının avtomobildən oğurlandığını görüblər.

Faktla bağlı araşdırma aparılır./trend

Xəbər xətti