Bakı-Sumqayıt yolunda avtobus qəzaya uğradı- Tıxac yaranıb

08:39 - 3 Dekabr 2019 - HADİSƏ

Bakı-Sumqayıt yolunda qəza baş verib. Hadisə Bakı-Quba yolunun Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Bakı istiqamətində hərəkətdə olan “Toyota” markalı 50 DP 566 dövlət nömrə nişanlı avtomobillə 135 nömrəli müntəzəm xətt marşurutu ilə hərəkət edən sərnişin avtobusu toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da Bakı-Sumqayıt yolunda tıxac yaranıb. /trend

Xəbər xətti