Elektron etibarnamə üçün tələb olunan şifrəni necə əldə etmək olar?

Avtomobillər üçün elektron etibarnaməyə dair tələb olunan şifrə məsələsinə aydınlıq gətirilib.

Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib ki, xidmət Ədliyyə Nazirliyinin istifadəyə verdiyi "Mobil notariat" tətbiqi vasitəsilə və "myGov" platforması üzərindən göstərilir.
O bildirib ki, istifadəçinin ASAN imzası və ya elektron imzası varsa, həmin xidmətdən heç bir şifrəsiz istifadə edə bilər:

"Əgər siz bu günə qədər elektron hökumət portalında qeydiyyatdan keçməmisinizsə, ilk dəfə identifikasiyaya ehtiyac var. Ona görə biz alternativ kimi bu imkanı da yaratmışıq, ASAN imzanız, elektron imzanız yoxdursa, belə halda bir dəfə ilkin şifrəni götürmək üçün notariat kontoruna gəlirsiniz.

Şifrə yalnız ilk dəfə qeydiyyatdan keçdikdə tələb edilir və sonra istənilən qədər əməliyyat həyata keçirmək mümkündür"./report

Tarix
2 Dekabr 2019 [20:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-12-02 20:07:15
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin