Ana səhifə
16 Noyabr 2018

Azərbaycanın iki deputatı dalaşdı - "yerinizi və həddinizi bilin"

Milli Şuranın keçirdiyi mitinqlə bağlı Milli Məclisin 2 deputatı arasında mübahisə yaşanıb.

Ucnoqta.az xəbər verir ki, deputat Etibar Hüseynov yazdığı "Facebook" statusunda millət vəkili Aydın Mirzəzadəyə sərt cavab verib: 

“Artıq neçənci dəfədir ki, jurnalistlər arasında “hərşeyşünas” kimi tanınan Aydın Mirzəzadə mənim çıxışlarımı şərh edir, ağıl verir, yol göstərir. Bu adam hələ də anlamır ki, Etibar Hüseynov YAP üzvü deyil, müstəqil deputatdır və onun da öz fikrini müstəqil şəkildə ifadə etmək hüququ var. Elə isə bu adamın hansı haqla mənə təkidlə ağıl verməyə cürət etməsini anlaya bilmirəm. İndiyə qədər bir dəfə də olsun Aydın Mirzəzadənin hansısa YAP üzvünün barəsində bir tənqidi çıxışının və ya iradının şahidi olmamişam. Baxmayaraq ki, YAP üzvləri arasında da müxalifət düşərgəsini məndən də sərt şəkildə tənqid edənlər var.

Əksinə, bu adam əksər hallarda bir çox vəzifə sahiblərinin, deputatların nəinki özlərini, hətta onların ərköyün, dəymədüşər balalarının bir çox xoşagəlməz əməllərini belə riyakar və yaltaqcasına müdafiə eləyib. Ona görə də dərinə getmək istəmirəm. Sadəcə yerinizi və həddinizi bilin Aydın Mirzəzadə”.

Qeyd edək ki, bu gün E. Hüseynov “Facebook”dakı səhifəsində bir sürü qoyun şəkli paylaşaraq “Məhsul stadionuna getməyi unutma...” sözlərini yazaraq Milli Şuranın keçirdiyi mitinqə gedənləri hədəf seçmişdi. 

Aydın Mirzəzadə isə deputat həmkarının bu hərəkətinə etiraz edərək bildirmişdi ki, siyasi əqidəsindən asılı olmayaq insanları təhqir etmək olmaz: 

“Bu gün həmkarım Etibar Hüseynov saat 15:00-da “Məhsul” stadionunda mitinqdə iştirak edən şəxslər barədə aşağılayıcı şərh yazıb. Mən onun bu sözlərinə etirazımı bildirirəm. Kimin nə siyasi əqidədə olmasından asılı olmayaraq onun şəxsiyyətinə toxunmaq, onu aşağılamaq olmaz. Mən mitinqçilərin fikri və şüarları ilə razı deyiləm və həmişə onlarla siyasi polemikada olacağam.

Ancaq Azərbaycan hüquqi, demokratik ölkədir və hər kəsin sərbəst düşünmə və qanunla qadağan edilməyən siyasi mövqe tutmaq hüququ vardır. Dövlətimiz bu hüquqların təminatçısıdır, məhz belə aksiyada hər kəsin həm hüququ qorunur, həm də hər bir iddialı siyasi qüvvənin gücü görünür”.(ANS PRESS)

Tarix
12 Oktyabr 2014 [21:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin