Bakıda kafedə silahlı insident olub, saxlanılanlar var

Bakıda kafedə silahlı insident olub.

Hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Günəşli” kafesində qeydə alınıb. Polisə adıçəkilən kafedə silah təqbiq edilməsi barədə məlumat daxil olub. Daxil olan məlumat əsasında dərhal əraziyə əməliyyat qrupu çıxıb. Araşdırmalar zamanı müəyyən edilib ki, bir qrup şəxs ictimai qaydanı kobud sürət pozaraq, cəmiyyətə açıqca hörmətsizlik edən, silah tətbiq etməklə vətəndaşlar üzərində zor tətbiq olunmaqla xuliqanlıq ediblər.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, saxlanılanlar var./Apa

Tarix
2 Dekabr 2019 [11:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-12-02 11:50:02
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin