Kiyevdə deputatın avtomobili atəşə tutuldu: oğlu öldü

08:46 - 2 Dekabr 2019 - DÜNYA

Ukraynada naməlum şəxs Kiyev Regional Şurasının deputatı Vyaçeslav Sobolevin avtomobilinə atəş açıb.  APA yerli TSN TV-yə istinadən xəbər verir ki, bu barədə şəhər polisinin mətbuat xidməti məlumat yayıb.  Kiyevin Lev Leo Tolstoy küçəsində baş verən hadisə nəticəsində V.Sobolevin azyaşlı oğlu ölüb. Deputat oğlunun öldürüldüyünü təsdiqləsə də, əlavə açıqlama verməyib. Faktla bağlı "Qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi başlanıb.

Xəbər xətti