Bərdədə ağır yol qəzası: 7 nəfər xəsarət alıb - FOTO

13:21 - 1 Dekabr 2019 - HADİSƏ

Bərdə rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Hadisə rayonun Lək kəndi ərazisində qeydə alınıb. Belə ki, "Lada" markalı iki minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobilin sürücüləri də daxil olmaqla, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onların şəxsiyyəti hələlik müəyyənləşməyib.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti