Balakəndə 2 nəfər zəhərlənib

10:00 - 1 Dekabr 2019 - HADİSƏ

Balakəndə bir nəfər dəm qazından, daha bir nəfər isə qidadan zəhərlənib.  APA-nın məlumatına görə, ötən gün axşam saatlarında rayonun Qazbinə kənd sakini, 1989-cu il təvəllüdlü Şəbnəm Yaşaq qızı Qasımova yaşadığı ünvanda vanna otağında dəm qazından, Mahmalar kənd sakini, 1996-cı il təvəllüdlü Aytəkin Bayram qızı Göylərova isə  qidadan zəhərlənmə əlamətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına daxil olublar. Hər iki şəxsin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır. Həkimlərin müdaxiləsindən sonra Ş. Qasımova və A. Göylərovanın vəziyyətləri stabilləşib. 

Xəbər xətti