Ana səhifə
20 Sentyabr 2018

“Apple” iPad-in buraxılışını təxirə salır

“Foxconn Technology” şirkəti “Apple”-ın yeni qurğularının istehsalını çatdıra bilmir və böyük ölçülü “iPad”in buraxılışı təxirə salınacaq. 
 

 

Ucnoqta.azın ICTnews-a  istinadən verdiyi məlumata əsasən, “Apple” planşetlərin buraxılışını “iPhone 6 Plus” planşetofonunun istehsalında olan problemlərlə bağlı təxirə salır. Qeyd edək ki, öncə şirkət böyüdülmüş "iPad"in buraxılışını bu ilin dekabr ayına planlaşdırmışdı. 

“Hazırda bizim əsas məqsədimiz böyük ekranlı smartfonlara olan tələbatı təmin etməkdir. Hazırda 5,5 düymlük ekrana malik olan "iPhone 6 Plus"un buraxılış templəri qənaətbəxş deyil. Displey istehsalçıları üçün resurslarını iki hissəyə bölmək və böyük ekranlı yeni planşetlərin istehsalına bir neçə ay sərf etmək çətin olacaq”, - deyə şirkətdən olan mənbə bildirib.

Hazırda “Apple” mobil qurğularının əsas istehsalçısı "Foxconn Technology" yeni smartfonların istehsalı üçün işçi çatışmazlığı yaşayır, halbuki istehsala 200 mindən çox əməkdaş cəlb edilib.

Qeyd edək ki, oktyabrın 16-da “Apple” şirkəti yeni “iPad Air” və “iPad Mini” planşet modellərini bazara çıxaracaq.

 

Tarix
12 Oktyabr 2014 [22:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin