Bakı-Sumqayıt yolunda ağır qəza - İki nəfər dünyasını dəyişib

13:00 - 30 Noyabr 2019 - HADİSƏ

Bakıda ağır-yol nəqliyyat hadisəsi baş verib.

Qəza Bakı-Sumqayıt yolunda qeydə alınıb. Şahidlərin sözlərinə görə, "Reno" markalı avtomobilinin yol kənarındakı təpəciyə çırpılması nəticəsində iki nəfər dünyasını dəyişib. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dünyasını dəyişmiş şəxslərin deformasiyaya uğramış meyitlərini avtomobildən çıxararaq müvafiq orqanlara təhvil veriblər.

Qəza yerinə Yol Partrul Xidmətinin əməkdaşları da cəlb olunublar./trend

Xəbər xətti