Göyçayda avtomobil qəzası olub, ölən və yaralanan var

20:53 - 29 Noyabr 2019 - HADİSƏ

Göyçayda yol-nəqliyyat hadisəsi olub.

Hadisə bu gün saat 19:00 radələrində Göyçay-Ucar avtomobil yolunda, Hüngütlü kəndi ərazisində qeydə alınıb. "VAZ 2107" markalı minik avtomobili sürətlə hərəkətdə olarkən qarşıda eyni istiqamətdə hərəkət edən "QAZEL" markalı yük avtomobilinin arxa tərəfinə çırpılıb. Hadisə zamanı minik avtomobilində olan bir nəfər ölüb, digəri isə yaralanıb. Həmin şəxslərin qardaş olduğu deyilir.

Faktla bağl Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. /Apa


Xəbər xətti