Bakıda naməlum şəxslər azyaşlını silahla hədələyib qarət etdilər

20:14 - 29 Noyabr 2019 - HADİSƏ

Bakıda azyaşlı qarət edilib.

Hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Qasımov Fərid İsa oğlu Nizami rayonu, M.Şərifli küçəsi, 25 ünvanında olarkən 2 nəfər naməlum şəxs onun qarşısını kəsərək bıçaqla hədələyib üzərində olan 2 ədəd "Samsung" markalı telefonu alaraq hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər xətti