Binəqədidə avtomobil beton maneəyə çırpılıb, ölənlər var

18:59 - 29 Noyabr 2019 - HADİSƏ

Binəqədidə ağır yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda “Khazar” markalı minik avtomobili yol kənarındakı beton maneəyə çırpılıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü 1993-cü il təvəllüdlü Ağayev Ağarza Eldar oğlunun və 1 sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti