Parlament yeni Ombudsman seçdi

12:48 - 29 Noyabr 2019 - Xəbər

 Bu gün Milli Məclisin iclasında İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında məsələyə baxılıb. 

Ombudsmanlığa üç nəfərin namizədliyi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra məsələ deputatların səsverməsinə çıxarılıb.

Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyeva Ombudsman seçilib.

Qeyd edək ki, ombudsmanlığa namizədlərdən biri Bakı Apellyasiya Məhkəməsinin sədrinin müavini Kəmalə Abıyeva, digəri isə Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva idi. /oxu.az

Xəbər xətti