Parlamentin bugünkü iclası başlayıb.
Baş Nazir Əli Əsədov da iclasda iştirak edir. Parlamentin gündəliyinə əvvəlcədən 22 məsələ salınsa da, spiker O. Əsədov elan edib ki, gündəliyə 23 məsələ daxil edilib.
***
Artıq müzakirələr başlayıb və 2020-ci ilin dövlət büdcəsi haqda qanun layihəsi qəbul edilib. Gələn ilin dövlət büdcəsinin gəlirləri 24 134,5 milyon manat, xərcləri isə 26 894,7 milyon manat məbləğində proqnozlaşdırılır.