Ana səhifə
26 Sentyabr 2018

"İlk 5 gediş üçün 1 saat düşünməli oldum" – Rəcəbov

Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirinin 9-cu turunda Teymur Rəcəbov Rusiya təmsilçisi Sergey Karyakinlə heç-heçə oynayıb.

 

 

Ucnoqta.az xəbər verir ki, partiyadan sonra Rəcəbov oyunu haqda danışıb:

 

"Debütümdən çox razı qaldım. Əlbəttə, bu, bir zarafatdır. Necə debütdən razı qala bilərəm, əgər ilk 5 gediş üçün 1 saat düşünməli oldum. Oyun normal alındı. Sadəcə hazırlıqdan kənar gedişlər etməli oldum. Oyunu təhlil etmişdim, sadəcə vaxtı ilə oynadığımız gedişləri gözləmirdim. Müəyyən fiqurlar əvəzetməli oldum. Qeyri-adi gedişlər yox idi. Oyun heç-heçəyə gedirdi. 1998-ci ildə Kramnikin oynadığı partiyaya bənzərlik var idi. Həmin illərdə yaşım az olduğundan, indi o gedişləri təhlil etmək düzgün olmazdı."

 

Sergey Karyakin də partiyadakı gedişlərin 1998-ci ildə rusiyalı dünya çempionu Vladimir Kramnikin oyununa bənzədiyini söyləyib: "Kramnik tərəfindən oynanılan gedişlərə bənzərlik çox idi. Pozisiyanı təhlil etmişdim.

 

Rəqib düzgün oynamağa çalışırdı. Ağlar da başqa variant görünürdü. Sadəcə oyun heç-heçəyə yönlənmişdi. Maraqlı gedişlər var idi, sadəcə sonda heç-heçəylə razılaşdıq." (ANS PRESS)

Tarix
12 Oktyabr 2014 [21:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin