Gəncədə ata və oğlu bıçaqlanıb

08:49 - 29 Noyabr 2019 - HADİSƏ

Gəncə şəhərində mübahisə zamanı 2 nəfər bıçaq xəsarəti alıb. "Report"un Qərb Mərkəzinin məlumatına görə, Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Tərlan Xəyyam oğlu Hüseynov mübahisə zəminində bıçaqlanıb. Mübahisə edənləri sakitləşdirmək istəyərkən onun atası Xəyyam Hüseynov da bıçaq xəsarəti alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Hadisənin kim tərəfindən və mübahisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti