Qadını çılpaq şəkilləri ilə hədələyib pulunu aldılar

16:29 - 28 Noyabr 2019 - HADİSƏ

Qadını çılpaq şəkilləri ilə hədələyib pulunu aldılar

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Hacıqabul şəhər sakini, əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum olunmuş T.Qasımovun tanışı olan bir qadının çılpaq şəkillərini sosial şəbəkədə yayacağı ilə hədə-qorxu gəlib sonuncudan 300 manat pul alması barədə Rayon Polis Şöbəsinə daxil olmuş müraciətlə əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

Bildirilib ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində T.Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb.

Xəbər xətti