Bakıda "Tofaş" aşdı, sürücü öldü

18:20 - 28 Noyabr 2019 - HADİSƏ

Yasamal rayonunun M.Müşfiq küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 27-də saat 6 radələrində Yasamal rayonunun M.Müşfiq küçəsində Xırdalan şəhər sakini Elvin İbrahimxəlilov idarə etdiyi “Tofaş” markalı avtomobili aşırıb. Sürücü xəstəxanaya aparılarkən yolda ölüb.

Xəbər xətti