Həbsdəki dayısına turşunun içərisində narkotik keçirən bacıoğlu saxlanıldı

12:50 - 28 Noyabr 2019 - HADİSƏ

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınmışdır.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilən şəxs Babayev Vüqar Ədalət oğluna bacısı oğlu Şirvan şəhər sakini Abdullayev Orxan Mehman oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan kələm turşusunun içərisində gizlədilən 2 ədəd bükülüdə ümumi çəkisi 3.814 qram narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti