Şamaxıda 41 yaşlı kişini ov tüfəngi ilə güllələdilər

11:51 - 28 Noyabr 2019 - HADİSƏ

Şamaxıda güllələnmə hadisəsi olub.

Güllələnmə rayonun mərkəzində qeydə alınıb. Rayon sakini, 1978-ci il təvəllüdlü Hacıyev Şəfaət Əlibala oğlu ov tüfəngindən açılan atəş nəticəsində sinəsindən və əlindən xəsarət alıb.

Yaralı Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb.
Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır./qafqazinfo

Xəbər xətti