Sabunçu rayonunda bazar yanıb - FOTO

23:37 - 27 Noyabr 2019 - HADİSƏ

Sabunçu rayonunda yanğın hadisəsi baş verib.

Rayon ərazisindəki Sabunçu bazarında yerləşən telefon aksesuarları satılan mağazada elektrik naqillərinin həddən artıq yüklənmə səbəbindən yanğın başlayıb.
Alovlar qısa zamanda yaxınlıqdakı aptekə və digər mağazalara keçib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Sabunçu və Nizami rayonları üzrə Yanğından Mühafizə Xidmətinin 5 briqdası cəlb edilib.
Alov söndürülüb, yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb./Apa


Xəbər xətti