Bakıda 46 yaşlı kişinin hamamda meyiti tapıldı

21:51 - 27 Noyabr 2019 - HADİSƏ

Bakı sakini hamamda ölü tapılıb.

Məlumata görə, 1973-cü il təvəllüdlü Məmmədov Neman Yunis oğlu Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisindəki yaşadığı evin hamam otağında ölüb.
Onun meyiti yaxınları tərəfindən aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb, N.Məmmədovun hansı şəraitdə ölməsi ilə bağlı araşdırma aparılır./trend

 

Xəbər xətti