Angela Merkel səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalacaq

18:36 - 27 Noyabr 2019 - DÜNYA

Almaniya kansleri Angela Merkel səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalacağını açıqlayıb.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.
"Hesab edirəm ki, səlahiyyət müddətinin sonuna qədər işimizi görməliyik. Mən də belə edəcəyəm", - deyə A.Merkel Bundestaqda çıxışı zamanı deyib.
Qeyd edək ki, son aylarda A.Merkelin səhhətindəki problemlər səbəbindən kansler vəzifəsindən vaxtından əvvəl ayrılmaq qərarına gələ biləcəyi barədə KİV-də müxtəlif məlumatlar yayılırdı.

Əlavə edək ki, A.Merkel 2018-ci ildə dördüncü dəfə Almaniya hökumətinin başçısı seçilib və onun səlahiyyət müddəti 2021-ci ilə qədərdir.

 

Xəbər xətti