Ronaldo künc bayrağını qırdı, ayağı əzildi - VİDEO

14:07 - 27 Noyabr 2019 - İDMAN

İtaliyada "Yuventus" və İspaniya "Atletiko"su arasında keçirilən Çempionlar Liqasının V tur matçında kuryoz hadisə yaşanıb.

 Matçın 16-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Kriştianu Ronaldo topun meydanı tərk etməsinin qarşısını almaq istəyərkən, künc bayrağına zərbə endirib. Nəticədə bayraq qırılıb. Portuqaliyalı hücumçu isə axsamağa başlayıb.

Qeyd edək ki, qarşılaşma "Yuventus"un minimal hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu Paulo Dibala vurub./Offsideplus.az

Xəbər xətti