Salyanda hamilə qadın dəm qazından ÖLDÜ

13:28 - 27 Noyabr 2019 - HADİSƏ

Salyanda iki aylıq hamilə olan gəlin dəm qazından boğulub.

Yaxınlarının Unikal.org-a verdiyi məlumata görə, 24 yaşlı Zəkirə Bədəlova yaşadıqları mənzildə hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib. O, qaynı övladının ad gününə getmək üçün hazırlanırmış. Ailə üzvləri gəlinin uzun müddət vanna otağından çıxmadığını görərək, hamama keçəndə onun meyitini aşkarlayıblar.

Mərhum bir il öncə ailə həyatı qurub.


Xəbər xətti