Bərdədə evdən oğurluq edən keçmiş məhkum saxlanılıb

12:24 - 27 Noyabr 2019 - HADİSƏ

Bərdədə evdən 4500 manat dəyərində məişət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 21-də rayon ərazisindəki evlərin birindən 4500 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Sorəlli kənd sakini, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurmaya, xuliqanlığa və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş E.Səmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti