Türkiyədə maşın dayanacaqdakı azərbaycanlı tələbəni vurdu - Foto

10:21 - 27 Noyabr 2019 - HADİSƏ

Türkiyənin Biləcik şəhərində yüngül ticari avto vasitə ilə toqquşan avtomobilin sürücüsü idarəetməni itirərək avtobus gözləyən 10 tələbəni vurub.

“Qafqazinfo”nun “sondakika.com”a istinadən verdiyi xəbərə görə,  qəza axşam saatlarında Sakarya-Biləcik quru yolu Biləcik Şeyx Edebali Universitetinin qarşısındakı meydanda baş verib. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlar dayanacaqda gözləyən azərbaycanlı tələbə Ülvi Məmmədov, avtomobildə olan Günəş Ç. (56 yaş), Nurhan Ç. (53 yaş) və Ayşənur T.-dir (22 yaş).

Yaralı şəxslərə hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar Biləcik Dövlət Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır. 


Xəbər xətti