Türkiyə NATO-nun planını dəstəkləmədi

08:33 - 27 Noyabr 2019 - DÜNYA

Türkiyə hökuməti Baltikyanı ölkələrin və Polşanın “Rusiya təhlükəsi”ndən müdafiəsi üzrə NATO-nun planını dəstəkləməkdən imtina edib. APA xəbər verir ki, bu barədə “Reuters” Şimali Atlantika alyansında olan mənbələrə istinadən məlumat yayıb. Alyans nümayəndəsinin sözlərinə görə, Ankara Suriyada PKK terrorçularına qarşı apardığı hərbi əməliyyatlara NATO-dan siyasi dəstək tələb edib. Buna görə də Ankarada alyans ölkələrinin Türkiyəni dəstəkləməyəcəyi təqdirdə Rusiya tərəfindən mümkün hücum zamanı Baltikyanı dövlətlərə və Polşaya yardım haqqında hərbi planın imzalanmayacağı bildirilib. Habelə Türkiyənin NATO-dakı nümayəndəsinə PKK-nın terror təşkilatı kimi tanınmasını təmin etmək üçün ittifaq üzvlərinə təzyiq göstərməsi tapşırılıb.

Xəbər xətti