Bakıda ev sahibi qulluqçunu döyüb

20:01 - 26 Noyabr 2019 - HADİSƏ

Bakıda döyülmə hadisəsi baş verib.

Hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Rayon ərazisindəki evlərdən birində təmizlik işləri görən Babayeva Cəmilə Manaf qızı ev sahibi tərəfindən döyülüb. C. Babayeva almı olduğu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya müraciət edib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi tərəfindən araşdırma aparılır./Apa

Xəbər xətti