İranda bir həftədə 15 nəfər qripdən ölüb

17:32 - 26 Noyabr 2019 - DÜNYA

Ötən həftə ərzində İranda 15 nəfər qrip nəticəsində dünyasını dəyişib.

Bunu İranın səhiyyə nazirinin müavini Əlirza Rəisi deyib.
Ə.Rəisinin sözlərinə görə, 8 nəfər H1N1 virusu, 7 nəfər isə H3N2 virusu nəticəsində həlak olub.

Qeyd edək ki, son bir neçə həftədə 3 915 nəfər tənəffüs sistemi xəstəliklərinə yoluxub. Onun 342-sinin qripə yoluxduğu bildirilir.

Qrip nəticəsində ən çox ölüm halları Tehran, Mazandaran və Şərqi Azərbaycan vilayətlərində qeydə alınıb./trend

 

Xəbər xətti